Çin Rusiya və ABŞ arasında dialoqu alqışlayır - ÖZƏL

Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiya və ABŞ arasında davam edən əlaqələri və münasibətlərin yaxşılaşdırılmasını alqışlayıb. Olaylar.az xəbər verir ki, bu barədə o, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib. Çin Mərkəzi Televiziyasının yaydığı məlumata görə, Si Cinpin vurğulayıb ki, Çin Rusiya və ABŞ-nin qarşılıqlı əlaqə saxlamasını, münasibətlərin normallaşmasını və Ukrayna böhranının siyasi yolla həllinə yönəlmiş səyləri məmnuniyyətlə qarşılayır.
"Çətin problemlərin sadə həll yolları olmur. Şərtlərdən asılı olmayaraq, Çin öz prinsipial mövqeyinə sadiq qalacaq, barışa və danışıqlara dəstək verməyə davam edəcək", - deyə Çin liderinin sözləri sitat gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31