Hindistan ABŞ-dən silah alışı planlarını dayandırdı - ÖZƏL

Hindistan, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yüksək gömrük rüsumları səbəbilə, ABŞ-dən silah alışı ilə bağlı planlarını dayandırıb. Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, söhbət Hindistanın General Dynamics Land Systems şirkətinin istehsalı olan "Stryker" zirehli döyüş maşınları və Raytheon ilə Lockheed Martin tərəfindən hazırlanmış "Javelin" tank əleyhinə raketlərini almaq niyyətindən gedir. "Reuters"in yazdığına görə, Hindistan yaxın həftələrdə müdafiə naziri Racnath Sinqhin Vaşinqtona səfərini planlaşdırırdı və orada bəzi alışların elan olunması gözlənilirdi. Lakin bu səfər ləğv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31