Qaza sakinlərinə son xəbərdarlıq – Oktyabrın 7-dək...
14:36 Dünyaİsrailin hərbi-siyasi kabineti Qəzza şəhərinə, eyni adlı Fələstin sektorunun inzibati mərkəzinə nəzarət planını təsdiqləyib.
Olaylar.az xəbər verir ki, "Maan" agentliyinin məlumatına görə, plana əsasən şəhər sakinləri 2025-ci il oktyabrın 7-dək ərazini tərk etməlidirlər.
Bu tarix, İsrail ordusunun Qəzzada hərbi əməliyyatlara başlamasının ikinci ildönümü ilə "simvolik" şəkildə üst-üstə düşür.
Məlumata görə, İsrail hakimiyyəti şəhərə nəzarəti ələ keçirmək üçün prosesi üç mərhələyə bölüb:
Birinci mərhələ - Qısa müddətdə əhalinin əsas ehtiyaclarını ödəmək üçün Qəzzanın inzibati mərkəzinə böyük həcmdə humanitar yardım göndəriləcək.
İkinci mərhələ - Sakinlərin cənub bölgələrinə və anklavın mərkəzində qurulan xüsusi çadır düşərgələrinə "köçürülməsi" başlayacaq. Bu mərhələnin oktyabrın 7-dək tamamlanması planlaşdırılır.
Üçüncü mərhələ - Qəzza şəhərinin tam hərbi blokadası həyata keçiriləcək. Bu, İsrailin HƏMAS dəstələrini sektordan tamamilə çıxarmaq planının tərkib hissəsi kimi təqdim olunur.
"Maan" bildirir ki, plana dair rəsmi sənədlərdə "işğal" sözü heç bir halda işlədilmir, əvəzində "ələ keçirmə" ifadəsi yazılıb. Bu dəyişiklik, İsrailin beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdəki mülki əhali qarşısında məsuliyyət daşımamaq məqsədilə edilib.