Finlandiya xarici işlər naziri Valtonen Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyinə ümid edir - ÖZƏL
14:29 DünyaFinlandiyanın xarici işlər naziri Elina Valtonen ümid etdiyini bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı ultimatumun müddəti bitdikdən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.
Olaylar xəbər verir ki,"Dürüst desəm, ümid edirəm ki, prezident Tramp bu sanksiyaları tətbiq edəcək", - deyə bildirib.
Valtonen həmçinin ümid etdiyini bildirib ki, Brüssel və Vaşinqton ticarət sazişi üzrə danışıqları davam etdirəcək və nəticədə sıfır gömrük rüsumu və azad ticarətə nail olunacaq.
Finlandiya XİN rəhbəri vurğulayıb ki, azad ticarət zonası təkcə Aİ ilə ABŞ arasında deyil, həm də oxşar dəyərləri bölüşən ölkələr arasında vacibdir.
Bundan əvvəl Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ehtimalı ilə bağlı suala cavabında bunun Moskvadan asılı olduğunu bildirmişdi.