China Daily: Zelenski sülh istəyirsə, Çinin rolunu nəzərə almalıdır – ÖZƏL

Çin, Ukrayna Prezidenti Volodimir Zelenskinin birtərəfli sanksiya siyasətini qəbul etmir və əgər o, Ukraynada sülhə nail olmaq istəyirsə, Pekinin rolunu nəzərə almalı olduğunu bildirir. 

Olaylar.az xəbər verir ki, bu mövqe China Daily qəzetində dərc olunan məqalədə əksini tapıb.

Məqalədə qeyd olunur ki, Kiyev uzun müddət ABŞ ilə apardığı danışıqlardan, xüsusilə də ABŞ-Ukrayna mineral resurslar sazişinin imzalanmasından sonra hansı tərəflərin həqiqətən sülh tərəfdarı, hansılarının isə yalnız öz maraqları naminə münaqişəni uzatmaq istədiyini aydın görməlidir.

Yazıda vurğulanır ki, "Kiyev rejimi" Çin barədə məsuliyyətsiz bəyanatlardan çəkinməlidir, Pekin isə buna baxmayaraq "böyük təmkin nümayiş etdirir". Məqalədə xatırladılır ki, Çin nə Ukrayna böhranının təşəbbüskarı, nə də iştirakçısıdır, əksinə, "möhkəm sülh tərəfdarı və fəal vasitəçidir".

China Daily həmçinin bildirir ki, Qərb sanksiyaları beynəlxalq hüquq baxımından legitim deyil və Ukrayna böhranını həll etməyəcək, əksinə, onu dərinləşdirərək dünya sənayesinə və təchizat zəncirlərinə zərər vurur. Müəlliflərin fikrincə, bəzi Qərb ölkələri bu sanksiyaları "Rusiyanı dəstəkləyənləri cəzalandırmaq" bəhanəsi ilə tətbiq etsə də, əslində başqa gizli məqsədlər güdür.

Məqalədə qeyd olunur ki, ABŞ Ukrayna münaqişəsindən istifadə edərək Avropa İttifaqına təzyiq göstərir, tarif danışıqlarında güzəştlərə məcbur edir və hərbi dəstəyi kəsməklə hədələyir - halbuki həmin hərbi yardımın əsas maliyyə yükünü Avropa özü daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31