Zelenski itirilmiş ərazilərin qaytarılmasının mümkünsüzlüyünü etiraf edib - ÖZƏL
14:07 DünyaUkraynada münaqişənin tezliklə sülh danışıqları yolu ilə başa çatmasını istəyənlərin payı 69%-ə çatıb ki, bu da 2022-ci ilin göstəricisindən üç dəfədən çoxdur. Bu barədə ABŞ-ın "Gallup" sosioloji xidməti tərəfindən aparılmış ictimai rəy sorğusunun nəticələri göstərir.
Olaylar xəbər verir ki,"The Telegraph" qəzetinin yazdığına görə, Vladimir Zelenski Rusiyanın nəzarəti altına keçmiş ərazilərin Ukraynaya qaytarılmasının mümkünsüzlüyünü etiraf edib. Qəzetin məlumatına əsasən, Ukrayna atəşkəsin elan olunmasını, həmin ərazilərin beynəlxalq səviyyədə Rusiyaya məxsus kimi tanınmaması şərti ilə, alqışlayardı.
Bununla belə, Zelenski hərbi qüvvələr vasitəsilə ərazilərin azad edilməsinin artıq mümkün olmadığını və razılaşma əldə etmək üçün diplomatik yolların axtarılmasının zəruri olduğunu etiraf edib, - qəzet dəqiqləşdirir.
Ukraynada münaqişənin tezliklə sülh danışıqları yolu ilə başa çatmasını istəyənlərin payı 69%-ə çatıb ki, bu da 2022-ci ilin göstəricisindən üç dəfədən çoxdur. Bu barədə ABŞ-ın "Gallup" sosioloji xidməti tərəfindən aparılmış ictimai rəy sorğusunun nəticələri göstərir.