BMT: 2025-ci il üçün humanitar yardım planının maliyyələşdirilməsi kritik səviyyədədir - ÖZƏL

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2025-ci il üçün nəzərdə tutulan qlobal humanitar yardım planının maliyyələşdirilməsində ciddi çatışmazlıq olduğunu açıqlayıb. Olaylar.az xəbər verir ki,  BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) bildirib ki, 46 milyard dollar tələb olunan vəsaitin hazırkı mərhələdə cəmi 17%-dən azı toplanıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% azalma deməkdir. OCHA  maliyyə defisitinin milyonlarla həssas insanın həyati dəstəkdən məhrum qalmasına səbəb ola biləcəyini vurğulayıb. BMT və tərəfdaşları mövcud məhdud vəsaitlə daha çox iş görməyə məcbur olduqlarını və bunun insanların vəziyyətinə ciddi təsir etdiyini qeyd ediblər. İdarə 2025-ci ilin iyun ayında dünyanı 114 milyon insanın ən təcili ehtiyaclarının təmin olunması üçün köməyə çağıraraq, beynəlxalq humanitar sistemə ən böyük maliyyə azalmalarının yaşandığını bildirib.
BMT-nin çağırışı, qlobal humanitar yardıma maliyyə dəstəyinin artırılması və ehtiyac içində olan insanlara lazımi köməyin göstərilməsi istiqamətində ciddi addımlar atılmasının vacibliyini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31