Gürcüstan sülh sazişini rədd edir - ÖZƏL

Gürcüstan hökuməti Abxaziya və Cənubi Osetiya ilə qüvvə tətbiq etməmək barədə saziş imzalamağa hazır olmadığını bəyan edib. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlama verib.
"Əlbəttə ki, biz bu sənədin (hücum etməmək sazişi) imzalanmasına hazır deyilik. Bu məsələ bizim üçün ciddi deyil. Biz sadə bir mövqe bildiririk: ərazi bütövlüyünün bərpası üçün yeganə yol sülh yoludur. Biz bunu dəfələrlə demişik və bu istiqamətdə heç bir sənəd və ya razılaşma barədə söhbət belə gedə bilməz", - deyə Kobaxidze vurğulayıb.
Qeyd edək ki, Abxaziya və Cənubi Osetiya Gürcüstandan ayrıldıqdan sonra rəsmi Tbilisi bu bölgələri öz ərazisi hesab etməkdə davam edir və onların statusunu dəyişmək üçün hərbi deyil, sülh yolu ilə həll axtardığını bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31