Tailand və Kamboca sərhəddəki gərginliyin azaldılması ilə bağlı razılığa gəliblər
7 Avqust 19:02 DünyaTailand və Kamboca nümayəndələri Kuala-Lumpurda keçirilən danışıqların yekununda sərhəddəki gərginliyin azaldılması ilə bağlı razılığa gəliblər.
Olaylar xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Tailand hökuməti "X" sosial şəbəkəsində bəyanat yayıb.
Qeyd edilir ki, iki ölkə arasında sərhəd vəziyyətinin tənzimlənməsi üzrə birgə komitənin iclası uğurla başa çatıb. Tərəflər atəşkəs rejiminə əməl olunmasını təmin edən 13 bəndlik sazişə razılıq veriblər. Nümayəndələr həmçinin, sərhəddə sabitliyin qorunması və sülhün bərpasına yönəlmiş xüsusi protokolları da imzalayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31