AK sədri Zelenski ilə Ukraynanın Avropa İttifaqına potensial üzvlüyünü müzakirə edib
7 Avqust 18:35 DünyaAvropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukraynada sülhə doğru atılacaq addımları və Kiyevin Avropa İttifaqına "gələcək üzvlüyü" məsələsini müzakirə edib.
Olaylar xəbər verir ki, bu barədə AK rəhbəri "X" sosial şəbəkəsində paylaşım edib.
"Biz danışıqlar yolu ilə sülh sazişinin bağlanmasına aparan növbəti addımları, Ukraynanın Avropa İttifaqına gələcək üzvlüyünü və ölkənin bərpasını müzakirə etdik", - o bildirib.
Ursula fon der Lyayenin sözlərinə görə, Avropa "ədalətli və dayanıqlı sülhün təmin olunmasında fəal rol oynamağa" davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31