Moskalkova BMT-yə müraciət edib - ÖZƏL

Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Qaqauziya rəhbəri Yevgeniya Qutsul barəsində çıxarılan hökmə görə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə müraciət edib.

Olaylar xəbər verir ki, Moskalkova Qutsul haqqında çıxarılan hökmü qanunun və ədalət prinsipinin kobud şəkildə pozulması adlandırıb.

"Bu səbəbdən Yevgeniya Qutsulun hüquqlarının müdafiəsi ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə müraciət etdim," - deyə ombudsman öz Telegram kanalında yazıb.

Xatırladaq ki, bundan əvvəl Qaqauziya rəhbəri yeddi il müddətinə azadlıqdan məhrum edilmişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd etmişdi ki, Moldovada demokratiya öldürülüb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31