Hindistan Xarici İşlər Nazirliyi ABŞ-ın gömrük rüsumlarını əsassız və məntiqsiz adlandırıb - ÖZƏL

Hindistan ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarını əsassız və məntiqsiz hesab edir.

Olaylar xəbər verir ki,bu barədə Hindistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Bu addımlar ədalətsiz, əsassız və məntiqsizdir. Hindistan öz milli maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək", - deyə Hindistan XİN-in bəyanatında qeyd olunub. Bəyanatı Nazirliyin rəsmi nümayəndəsi Randhir Caisval sosial şəbəkədəki hesabında yayımlayıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hindistana qarşı Rusiya neftinin idxalına görə 25%-lik gömrük rüsumu tətbiq edən sərəncam imzalayıb.

Hindistanın "Times Now" kanalı bildirmişdi ki, ABŞ Hindistanın Rusiyadan neft alışı ilə bağlı mövqeyini dəyişib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31