Pezeşkianın oğlu İran-Azərbaycan münasibətlərinə qarşı çıxanları tənqid edib

İran-Azərbaycan münasibətləri əleyhinə radikal və məsuliyyətsiz ritorika bölgədə gərginliyi artırmaqdan başqa bir nəticə vermir.

Olaylar.az-ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkianın oğlu, müşaviri və köməkçisi Yusif Pezeşkian yerli media üçün yazdığı məqalədə qeyd edib.

Onun sözlərinə görə, ölkədə İsrailin İranla 12 günlük müharibəsində guya Azərbaycanın İsrailə dəstək verdiyi ilə bağlı yayılan iddialar irəli sürülür. İlk öncə bu iddiaların hansı faktlara əsaslandığını araşdırmaq lazımdır. Ölkənin təhlükəsizlik xidmətləri bu haqda heç bir hesabat verməyib və bu iddaları təsdiqləməyiblər.

Pezeşkian deyib ki, növbəti mərhələdə araşdırmaq lazımdır ki, bu iddiaların ölkəyə hansı mənfəəti və xeyri olacaq. Görəsən, Azərbaycanla münasibətlərin gələcəyini gərginləşdirmək istəyirikmi? Bununla əlaqədar üç versiyanı nəzərdən keçirmək lazımdır:

"1. Hərbi qarşıdurma - yəni, ya İran Azərbaycana qarşı döyüşmək istəyir, ya da Azərbaycanı təhrik edir. Bu, nə dövlətin, nə də xalqın istədiyi seçimdir və ölkənin maraqlarına ziddir; 2. Nə sülh, nə müharibə vəziyyəti - yəni, iki ölkə arasında gərginlik davam edir, amma hərbi qarşıdurma baş vermir. Bu halda qarşılıqlı düşmənçilik siyasəti beynəlxalq forumlarda və iqtisadi sferalarda zərər gətirə bilər; 3. Əməkdaşlıq və qonşuluq münasibətləri - fikir ayrılıqlarına baxmayaraq, iqtisadi, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq mümkündür və ən uğurlu yanaşma budur", - deyə o bildirib.

Prezidentin köməkçisi bildirib ki, üçüncü yanaşma - dialoq və əməkdaşlıq - həm İranın, həm də regionun sabitliyi baxımından ən məqbul yoldur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31