Fransanın cənubunda son 20 ilin ən böyük meşə yanğını baş verib - ÖZƏL
16:26 DünyaFransanın cənubunda yerləşən Od departamentində baş verən meşə yanğını son 20 ildə ölkədə qeydə alınan ən böyük yanğın olub. Olaylar.az xəbər verir ki, Le Parisien qəzetinin Dövlət Meşə Yanğınları Reyestrinə istinadən yaydığı məlumata görə, yanğın artıq 14 min hektardan çox ərazini əhatə edib.
Qeyd edək ki, bundan əvvəl ən böyük yanğın 2022-ci ildə Fransanın cənub-qərbindəki Jirond departamentində qeydə alınmışdı. Həmin zaman 12,6 min hektar sahə yanmışdı.
Fransa Kənd Təsərrüfatı Nazirliyi 2006-cı ildən bəri ölkə üzrə baş verən meşə yanğınlarını sistemli şəkildə reyestrə daxil edir. Bu tarixədək isə yalnız Aralıq dənizi bölgəsinə yaxın ərazilərdəki yanğınlar sənədləşdirilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31