Niderland Hərbi Hava Qüvvələri Qəzzaya humanitar yardım əməliyyatına başlayıb – ÖZƏL

Niderlandın Kral Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarəsi Qəzza zolağına humanitar yardım çatdırılması məqsədilə Əyndhoven aviabazasından İordaniyaya yola düşüb. 

Olaylar.az xəbər verir ki, bu barədə De Telegraaf qəzeti məlumat yayıb.

Məlumata görə, C-130 tipli təyyarə iki həftə ərzində hər gün Qəzza üzərində təxminən 1 ton humanitar yardım - ümumilikdə 16 blok ərzaq və tibbi ləvazimat - havadan atacaq. Yardım paketləri İordaniyanın xeyriyyə təşkilatları tərəfindən hazırlanıb və un, düyü, uşaq qidası, eləcə də bir sıra ilkin tibbi vasitələri əhatə edir.

Təyyarə yerli vaxtla saat 09:00-da Niderlandı tərk edib.

Qəzetin məlumatına əsasən, Niderlandla yanaşı, bu humanitar hava əməliyyatlarında Birləşmiş Ərəb Əmirlikləri, Misir, İspaniya, Fransa və Almaniya da iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31