Avropa Parlamenti deputatı Mziya Amaglobelinin azad olunmasını tələb edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Parlamenti deputatı, Almaniyadan olan Sergey Lagodinski sosial şəbəkə "X"də Gürcüstanlı jurnalist Mziya Amaglobelinin azadlığa buraxılması tələbi ilə çıxış edib. Onun sözlərinə görə, Amaglobeli artıq 200 gündən çoxdur ki, həbsdə saxlanılır və indi 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

"Mən Avropa Parlamenti üzvü və Avronest Parlament Assambleyasının həmsədri kimi çağırışımızı təkrarlayıram: Mziya Amaglobeli dərhal azad edilməlidir. O, cəmi bir silləyə görə 200 gündən çoxdur həbsdə saxlanılır. Gürcüstan hakimiyyəti onun məhkəmə prosesi dövründə daha sərt addımlar atdı - vergi tələbləri bəhanəsi ilə "Batumelebi" və "Netgazeti" media orqanlarının aktivlərinə əl qoyurlar", - deyə Lagodinski bildirib.

Deputat əlavə edib ki, Gürcüstanda hakim partiya cinayət təqibi yolundan imtina etməli və media azadlığına hörmət göstərməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31