Narendra Modi Çinə səfər edəcək – ŞƏT sammitində iştirak edəcək - ÖZƏL

Hindistanın Baş naziri Narendra Modi Çinə rəsmi səfər edəcək. Olaylar.az xəbər verir ki, bu barədə "NDTV" telekanalı məlumat yayıb. Məlumata görə, Modi 2019-cu ildən bəri ilk dəfə olaraq Çinə səfər edəcək və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Sammitin 31 avqust - 1 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır. Görüş zamanı üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31