Tramp Vaşinqtonun federal idarəyə verilməsini təklif edib – ÖZƏL

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda artan cinayət səviyyəsi səbəbindən şəhərin federal idarəyə verilməsi ehtimalını irəli sürüb. 

Olaylar.az xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında paylaşım edib.

Tramp bildirib ki, "Vaşinqtonda cinayət nəzarətdən çıxıb", 14-16 yaşlı gənclər "təqsirsiz insanlara hücum edir, onları yaralayır və onlara atəş açır, çünki bunun cəzasız qalacağını bilirlər".

"Əgər Vaşinqtonun rəhbərliyi vəziyyəti dərhal nəzarətə almasa, şəhəri federal nəzarətə götürmək və cinayətkarlara bununla bağlı ciddi siqnal verməkdən başqa çarəmiz qalmayacaq", - deyə Tramp vurğulayıb.

O, həmçinin şəhərin qanunvericiliyinə dəyişikliklər edilməsini və küçə hücumlarına görə, o cümlədən yeniyetmələrə qarşı daha sərt cəza tədbirlərinin tətbiqini dəstəklədiyini qeyd edib. Ağ Evdə jurnalistlərlə görüşü zamanı Tramp əlavə edib ki, son günlər Vaşinqtonda federal hökumətə məxsus effektivlik departamentinin əməkdaşına da hücum olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31