Cənubi Afrika ABŞ-ə nadir metallar üzrə xüsusi çıxış imkanı vermək istəmir - ÖZƏL
6 Avqust 14:13 DünyaCənubi Afrika Respublikasının mineral və neft resursları naziri Qvede Mantaşe ABŞ-ə nadir torpaq elementləri və digər strateji minerallar üzrə xüsusi imtiyazların verilməsinə qarşı çıxıb. Olaylar.az xəbər verir ki, nazir bildirib ki, belə bir yanaşma ölkənin ümumi mədən sənayesinə zərər verə bilər.
"Bizə yalnız ABŞ üçün nəzərdə tutulmuş bir təchizat strategiyası lazım deyil. Bizə hamını əhatə edən bir strategiya lazımdır," - deyə Mantaşenin sözlərini Bloomberg agentliyi sitat gətirib.
Qeyd edək ki, daha əvvəl bəzi Cənubi Afrika şirkətləri hökumətə müraciət edərək ABŞ-ə nadir torpaq metallarına və strateji minerallara xüsusi çıxış imkanı verilməsini təklif etmişdi. Cənubi Afrika nadir torpaq elementləri və yüksək texnologiyalar üçün vacib olan mineralların ən böyük ehtiyatlarına sahib ölkələrdən biridir. Belə ki, dünya üzrə platin qrupuna daxil olan metalların 88%-i, manqan ehtiyatlarının 80%-i və xromitin 72%-i bu ölkənin payına düşür.