Vəkil: “Aqvan Arşakyan girov kimi saxlanılır, vəziyyəti kritikdir” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanlı vəkil Ruben Melikyan bildirib ki, rejim Aqvan Arşakyanı uydurma və reallığa uyğun olmayan cinayət işi çərçivəsində girov kimi saxlayır. Onun sözlərinə görə, bu proses Ermənistanın, kilsənin, ermənilərin və ümumilikdə ləyaqətin nüfuzuna xələl yetirmək məqsədi daşıyır:
"Rejim hər keçən gün daha da qeyri-insani xarakter alır. Aqvanı uzun illərdir tanıyıram. O, vətənpərvərdir və ağır mərhələdə onkoloji xəstəliklə üzləşmişdi. Şükürlər olsun ki, həkimlər onu bu vəziyyətdən çıxara bildilər. Onun öz siyasi mövqeyi olub, arxiyepiskop Baqratın yanında yer alıb - bu da normaldır. Lakin o, saxlanılıb. Məhkəmə qərarında dərhal tibbi müayinədən keçirilməsi qeyd edilsə də, istintaq orqanı bunu 20 gün ərzində həyata keçirməyib. Müayinə yalnız vəkilin vəsatətindən sonra aparılıb".

Melikyan bildirib ki, Ombudsman Aparatının əməkdaşları Arşakyanın əllərini və ayaqlarını tərpədə bilmədiyini qeydə alıblar. O, hərəkət etməkdə tam asılı vəziyyətdədir və yalnız kamera yoldaşlarının köməyi ilə gündəlik ehtiyaclarını qarşılayır.
Vəkil bütün müvafiq instansiyalara müraciət etsə də, Apellyasiya Məhkəməsi belə şikayəti təmin etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31