Tramp bu gün Ağ Evdə mühüm açıqlama verəcək
6 Avqust 12:46 DünyaABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə mühüm açıqlama ilə çıxış edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Prezidentin iş qrafikinə əsasən, o, yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 7 avqust 00:30) Oval Ofisdə bəyanatla çıxış edəcək.
ABŞ mediası Trampın açıqlamasının əlavə idxal tarifləri ilə bağlı olacağını istisna etmir. Xüsusilə, avqustun 4-də Tramp "Truth Social" platformasında Hindistanın Rusiya neftini alaraq yenidən satmasına görə bu ölkəyə qarşı tariflərin ciddi şəkildə artırılacağını bəyan etmişdi. Bu kontekstdə, gözlənilən çıxışda Hindistana qarşı yeni iqtisadi sanksiyalar və ya gömrük rüsumlarının gündəmə gətiriləcəyi ehtimal olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31