ABŞ ordusu hava hücumundan müdafiə gücünü 30% artırmağı planlaşdırır - ÖZƏL
6 Avqust 12:27 DünyaABŞ Silahlı Qüvvələri qarşıdakı səkkiz il ərzində ölkənin hava hücumundan və raket hücumlarından müdafiə potensialını 30 faiz artırmağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə "Defense News" portalı ABŞ Quru Qoşunlarının Kosmik və Raketdən Müdafiə Komandanlığının rəhbəri, general-leytenant Şon Qeyniyə istinadən məlumat yayıb.
Qeyni bildirib ki, bu çərçivədə üç yeni "Patriot" zenit-raket kompleksi batalyonunun, həmçinin dolayısı atəşlərə qarşı müdafiə sistemləri (IFPC) ilə təchiz olunmuş beş batalyonun və pilotsuz uçuş aparatlarına qarşı (C-UAS) mübarizə aparan yeddi batareyanın yerləşdirilməsi planlaşdırılır. Bu planlar Ukrayna və Yaxın Şərqdəki münaqişələrdən çıxarılan dərslər əsasında hazırlanıb.
Qeyd edək ki, daha əvvəl "Defense News" ABŞ-nin mövcud "Patriot" batalyonlarının sayını 15-dən 18-ə çatdırmaq niyyətində olduğunu bildirmişdi. Eyni zamanda, belə sistemlərlə təchiz olunacaq daha bir əlavə batalyonun Quam adasında yerləşdirilməsi planlaşdırılır.