Hindistanın şimalında sel və sürüşmə: 5 ölü, 130-dan çox itkin – ÖZƏL
6 Avqust 11:52 DünyaHindistanın şimalındakı Uttarakhand ştatında güclü yağışlar nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri azı 5 nəfərin həyatına son qoyub, 130-dan çox insan itkin düşüb.
Olaylar.az xəbər verir ki, bu barədə RIA Novosti yerli KİV-ə istinadla məlumat yayıb.
İtkin düşənlər arasında bölgəyə xilasedici əməliyyat üçün göndərilmiş 9 Hindistan hərbçisi də var. Ümumilikdə Hindistan ordusu 150 hərbi qulluqçunu, pilotsuz uçuş aparatlarını və helikopterləri əraziyə cəlb edib.
Ştatda vəziyyət davamlı leysan yağışları səbəbindən daha da ağırlaşıb. Daşqınlar və sürüşmələr bir çox yolları və dəmir yolu xətlərini bağlayıb, bir sıra yaşayış məntəqələrinə çıxışı qeyri-mümkün edib.
Meteoroloqların məlumatına görə, Uttarakhand ştatında son bir həftədə aylıq normadan dörd dəfə çox yağıntı qeydə alınıb.