ABŞ Kiyevlə razılaşdı, Trampın adamı Moskvaya çatdı

ABŞ Ukraynaya 200 milyon dollardan çox hərbi yardımın göndərilməsinə razılaşıb. 

Olaylar.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal açıqlayıb.

Nazir iki yardım paketinin nəzərdə tutulduğunu bildirib. Kiyev bunlardan biri vasitəsilə M777 haubitsaları üçün avadanlıq, təmir və texniki dəstək, habelə yük daşıma xidmətləri ilə təmin ediləcək.

Rusiya KİV yazır ki, paralel olaraq ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər edib. Onu hava limanında Rusiyanın İnvestisiya Fondunun rəhbəri qarşılayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31