“Keçmiş prezidentlər seçkidə iştirak etməməlidirlər” – “Armeniya2026” hərəkatının qurucusu – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Armeniya2026" hərəkatının qurucusu Narek Manukyan keçmiş prezidentlərə müraciət edərək, 2026-cı il parlament seçkilərində iştirak etməməyə çağırıb. O bildirib ki, əgər müxalifət düşərgəsinin önündə yenə keçmiş prezidentlər və ya onlarla sıx bağlı şəxslər dayansa, bu, hazırkı baş nazir Nikol Paşinyanın qələbəsi ilə nəticələnəcək:

"Əgər keçmiş prezidentlər seçkilərdə iştirak etsələr, bu, Nikol üçün ideal müxalifət mənzərəsi olacaq. Onlar şəxsi və partiya maraqlarını kənara qoyaraq xalqın və millətin mənafeyini düşünməlidirlər. Əsas məqsəd Nikol Paşinyanın 2026-cı ildə yenidən seçilməsinin qarşısını almaqdır."

Manukyanın fikrincə, keçmiş prezidentlər seçkilərə az qalmış öz tərəfdarlarını real keçid şansına malik olan digər müxalif qüvvəni dəstəkləməyə çağırmalıdır:

"Bu halda Nikolun 'keçmişlərin qayıdışı' tezisi heç bir məna daşımayacaq. Biz - müxalifət və xalq olaraq - belə bir addımı yüksək qiymətləndirəcəyik. Sizin böyük kadr potensialınız gələcəkdə mütləq dəyərləndiriləcək."

Narek Manukyan vurğulayıb ki, bu cür vaxtında verilmiş və məsuliyyətli qərar Ermənistanın gələcəyində həlledici rol oynaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31