Tramp: Qəzza zolağının tam işğalı barədə qərarı İsrail hökuməti verməlidir – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağının mümkün işğalı ilə bağlı qərarın yalnız İsrail hökumətinə aid olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Vaşinqtonda jurnalistlərin sualını cavablandıran Tramp qeyd edib ki, bu məsələni İsrailin özü həll etməlidir. ABŞ prezidenti hazırda əsas diqqətini Qəzzada aclıqdan əziyyət çəkən fələstinlilərə ərzaq yardımının çatdırılmasına yönəltdiyini vurğulayıb. O əlavə edib ki, İsrail humanitar yardımın çatdırılmasına dəstək göstərəcək.

Qeyd edək ki, avqustun 5-də yayılan məlumata əsasən, İsrail Nazirlər Kabineti bu həftənin cümə axşamı Qəzza zolağının tam işğalını müzakirəyə çıxarmağı planlaşdırır. Bildirilir ki, hərbi əməliyyatlar, o cümlədən HƏMAS-ın israilli girovları saxladığı əraziləri də əhatə edə bilər. Hazırda İsrail Müdafiə Ordusu Qəzza ərazisinin təxminən 75%-ni nəzarət altında saxlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31