Fransada meşə yanğınları 11 min hektar ərazini məhv edib

Fransanın cənubunda meşə yanğınları sürətlə yayılaraq, geniş əraziləri məhv edir. Aude əyalətində meydana gələn yanğın 11 min hektara yaxın əraziyə yayılıb.

Olaylar.az bu barədə Fransa KİV-ə istinadən xəbər verir.

Küləklərin təsiri ilə şiddətlənən alov çox sayda yaşayış evlərini, üzüm bağlarını külə döndərib. Təbii fəlakət nəticəsində biri ağır olmaqla, azı 9 nəfərin yaralandığı bildirilir. Ən çox ziyan çəkmiş Kaukason kəndinin sakinləri təxliyə olunublar.

Yanğın Fransanı İspaniya ilə birləşdirən əsas avtomagistralın bağlanmasına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31