Gürcüstanın Baş naziri: “Rejim və son 12-13 ilin fəaliyyəti hüquqi qiymət almalıdır” – ÖZƏL

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, parlamentin istintaq komissiyasının əsas məqsədi ölkədəki keçmiş siyasi rejimin və son 12-13 il ərzində müxalifət mövqeyindən çıxış edən siyasi qüvvələrin fəaliyyətinin hüquqi qiymətləndirilməsidir. 

Olaylar.az xəbər verir ki, o, bu fikirləri Türkmənistanda jurnalistlərə açıqlamasında səsləndirib.

Kobaxidze qeyd edib ki, istintaq komissiyasının işi cəmiyyət tərəfindən diqqətlə izlənilib və bir sıra yeni məlumatlar üzə çıxıb. Onun sözlərinə görə, əldə olunan bütün nəticələr yekun hesabatda öz əksini tapmalıdır:
"Rejimə hüquqi qiymət verilməlidir - bu, komissiyanın başlıca vəzifəsidir. Eləcə də konkret şəxslərin və siyasi qüvvələrin son illərdə hansı fəaliyyətlə məşğul olduqları qiymətləndirilməlidir", - deyə Baş nazir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31