Vilnüs NATO-dan PUA-lara qarşı müdafiə vasitələrinin yerləşdirilməsini istəyir - ÖZƏL
21:00 DünyaLitva NATO rəhbərliyinə müraciət edərək ölkə ərazisində pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sistemlərinin yerləşdirilməsini xahiş edib.
Olaylar xəbər verir ki,bu barədə respublikanın müdafiə naziri Dovile Şakalene məlumat verib.
"Biz əlavə pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin, hətta bu eksperimental sistemlər olsa belə, yerləşdirilməsini xahiş edirik", - deyə onun sözlərini TASS sitat gətirir.
Bundan əvvəl Avropa İttifaqının doqquz ölkəsi silah tədarükü üçün yeni mexanizm çərçivəsində kredit ayrılması ilə bağlı rəsmi müraciət etmişdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31