Zaxarova: Moldova polis dövlətinə çevrilib - ÖZƏL
19:33 DünyaHazırkı rejim dövründə Moldova polis dövlətinə çevrilib.
Olaylar xəbər verir ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
O, Moldovada Gagauziya rəhbəri Yevgeniya Qutsula məhkəmənin yeddi il həbs cəzası verməsi ilə bağlı hökmü şərh edərkən bildirib ki, respublika polis dövlətinin bütün əsas xüsusiyyətlərini qazanıb.
"İnsan haqlarının pozulması, hüququn aliliyi prinsipinə etinasızlıq və siyasi plüralizmdən imtina - bunlar hazırkı rejim dövründə Moldovanın çevrildiyi polis dövlətinin əsas xüsusiyyətləridir", - deyə Zaxarovanın Xarici İşlər Nazirliyinin saytında dərc olunan şərhində qeyd olunub.
Bundan əvvəl Federasiya Şurasının sədri Valentina Matviyenko Qutsula çıxarılan hökmü Kişinyov və Brüssel üçün silinməz bir rüsvayçılıq adlandırmışdı.
İbrahim Məmmədli