İsveçrə Prezidenti ticarət rüsumları ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a səfər edəcək - ÖZƏL
18:54 Dünyaİsveçrə Prezidenti Karin Keller-Zutter Federal Şuranın vitse-prezidenti Gi Parmelen ilə birlikdə ticarət rüsumları ilə bağlı danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək.
Olaylar xəbər verir ki,bu barədə İsveçrə hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Səfərin məqsədi - ABŞ-ın narahatlığını nəzərə alaraq İsveçrə ixracına əlavə rüsumların azaldılması ilə bağlı daha cəlbedici təklif təqdim etməkdir", - deyə məlumatda bildirilir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına sərmayə öhdəliklərini yerinə yetirmədiyi halda, rüsumların 35%-ə qədər artırılması ilə hədələyib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31