Tramp növbəti prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırmır - ÖZƏL
18:26 DünyaABŞ Prezidenti Donald Tramp bəyan edib ki, 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürməyə bilər.
Olaylar xəbər verir ki,"Çox güman ki, yox", - deyə Tramp CNBC telekanalına müsahibəsində jurnalistlərin sualını cavablandırarkən bildirib.
O, həmçinin vurğulayıb ki, onun populyarlıq reytinqləri hələ də yüksəkdir. ABŞ liderinin sözlərinə görə, bu reytinqlər ona dövlət başçısı postuna namizədliyini irəli sürmək imkanı "verə bilərdi".
Bundan əvvəl Tramp Hindistanın Rusiya nefti alışı ilə bağlı ona qarşı rüsumların artırılması planlarını açıqlamışdı.
O, həmçinin neft qiymətlərinin aşağı salınmasının "Rusiyanı Xüsusi Hərbi Əməliyyatı dayandırmağa məcbur edəcəyi" fikrini səsləndirmişdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31