Türkiyədə Ali Hərbi Şuranın iclası başa çatıb - yeni ordu qərargah rəisi təyin olunub
5 Avqust 16:50 DünyaBir müddət əvvəl Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şura iclası başa çatıb. İclasın yekunlarına əsasən, Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib. Onun yerinə həmin posta ordu generalı Selçuk Bayraktaroğlu təyin edilib.
Olaylar.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir
Məlumata görə, Prezident Administrasiyası Kompleksində (Külliyə) mətbuata qapalı keçirilən Ali Hərbi Şura iclası 2,5 saat davam edib.
Bundan başqa, Quru Qoşunları Komandanlığına 1-ci Ordu Komandanı, ordu generalı Metin Tokel təyin olunub.
Dəniz Qüvvələri Komandanı admiral Ercüment Tatlıoğlu və Hava Qüvvələri Komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun xidmət müddətləri bir il uzadılıb.
32 general və admiral bir pillə yüksəldilib, 61 polkovnik isə general və admiral rütbəsinə layiq görülüb. 45 general isə təqaüdə göndərilib.