İsveç Ukrayna üçün ABŞ silahlarının alınmasına 275 milyon dollar ayırdı - ÖZƏL

İsveç hökuməti Ukrayna Silahlı Qüvvələri üçün ABŞ-dən silah alınması məqsədilə 275 milyon dollar məbləğində vəsait ayırıb. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Yonsson mətbuat konfransında məlumat verib.
"NATO-nun Ukraynaya silah tədarükü təşəbbüsü çərçivəsində Norveç, İsveç və Danimarka birgə şəkildə vəsait ayırmaq qərarına gəliblər," - deyə Yonsson bildirib. - "Bu təşəbbüs NATO tərəfindən koordinasiya olunur və İsveçin yardımı Ukraynanın özünü müdafiə qabiliyyətini gücləndirmək üçün dərhal təqdim olunacaq. Ayrılan vəsaitlə silahların tədarükü artıq gələn ay başlayacaq. Bu, Ukraynanın müdafiə qabiliyyəti üçün həyati əhəmiyyət daşıyır və transatlantik əməkdaşlığın möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir."
Qeyd edək ki, 2025-ci ilin fevral ayından bu günədək İsveç Ukraynaya ümumilikdə 92,8 milyard kron (təxminən 9,58 milyard ABŞ dolları) dəyərində yardım göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31