Kamçatkada güclü zəlzələdən sonra 70-dən çox afterşok qeydə alınıb - ÖZƏL
12:05 DünyaKamçatkada baş verən güclü zəlzələdən sonra ərazidə afterşoklar davam edir. Olaylar.az xəbər verir ki, məlumata görə, son sutka ərzində bölgədə 71 afterşok və dörd zəlzələ qeydə alınıb:
"Son 24 saat ərzində 71 afterşok baş verib. Onlardan dördü yaşayış məntəqələrində 2-3 bal gücündə hiss olunub," - deyə məlumat bildirilib.
Hazırda bölgədə yeddi vulkan aktiv vəziyyətdədir. Rusiyalı alimlərin sözlərinə görə, zəlzələ bəzi vulkanların aktivləşməsinə səbəb olub.
Qeyd edək ki, iyulun 30-u səhər saatlarında Kamçatka sahillərində baş verən zəlzələnin maqnitudası 8,8 olub. Bu, 1952-ci ildən bəri bölgədə qeydə alınan ən güclü zəlzələ sayılır. Yeraltı təkanlar eyni zamanda Şimal Kurilskdə də güclü şəkildə hiss olunub.
Zəlzələ Sakit okeanda sunamiyə səbəb olub. Yaponiya, ABŞ, Kanada, Filippin və bir sıra digər ölkələrdə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.