Tramp İrəvandan bunu istəyə bilər – Akopyan

"Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün fəallaşıb". 

Olaylar.az xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.

Akopyan bildirib ki, Ağ Evin bu sazişin həyata keçirilməsi ilə bağlı İrəvandan təminat istəyib-istəməyəcəyi bəlli deyil:

"ABŞ Prezidenti Donald Tramp ümid edir ki, bu sənəd onun əlində yeni sülh yaradan "kozır" və "uğur hekayəsi"nə çevriləcək. Tramp Ukrayna böhranını da 24 saat ərzində həll edəcəyinə söz verdi, lakin vədini yerinə yetirə bilmədi, sonra bunun sadəcə sarkazm olduğunu dedi. O, indi də Nobel mükafatına namizəd olmaq üçün Bakı və İrəvan arasında münaqişəni bitirməyə çalışır. Maraqlıdır, ABŞ bu məqsədi uğruna sülhə nail olmaq üçün Türkiyə və Azərbaycanın hansı istəyini yerinə yetirəcək?"

Qeyd edək ki, Ağ Evə yaxın mənbələrin məlumatına görə, Azərbaycan və Ermənistan liderləri avqustun 8-də Donald Trampla Vaşinqtonda bir araya gələcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31