Kadırov 17 yaşlı oğluna Qəzza ilə bağlı tapşırıq verdi
11:48 DünyaÇeçenistan lideri Ramzan Kadırov oğlu Adam Kadırova yeni vəzifə verib.
Olaylar.az bildirir ki, Kadırov 17 yaşlı oğlunu Qəzza sakinlərinə humanitar yardımın göstərilməsi üzrə kurator təyin edib.
Müvafiq qərar Fələstin sakinlərinə yardımın koordinasiyası üçün keçirilən iclasda qəbul olunub.
Qeyd edək ki, Adam Kadırov bir neçə ay öncə Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edilmişdi. (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31