Husilər Ben Qurion Hava Limanına ballistik raketlə hücum etdiklərini açıqlayıblar - ÖZƏL

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı İsraildə yerləşən Ben Qurion beynəlxalq hava limanına ballistik raketlə zərbə endirdiyini bəyan edib. Olaylar.az xəbər verir ki, b barədə RIA Novosti məlumat yayıb.
Hərəkatın yaydığı açıqlamada qeyd olunur:
"Raket bölmələrimiz tərəfindən həyata keçirilən hərbi əməliyyat zamanı 'Fələstin-2' tipli hipersəs ballistik raketi ilə Lod hava limanına (Ben Qurion hava limanının ərəbcə adı.) zərbə endirilib. Bu hava limanı Yaffa (Təl-Əvivi).adlı işğal olunmuş ərazidə yerləşir".
Hazırda İsrail tərəfindən rəsmi açıqlama verilməyib. Hadisənin nəticələri və mümkün tələfat barədə dəqiq məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31