Ermənistan kilsə başçısı hakimiyyəti ələ keçirməyə çağırmaqda ittiham olunur – ÖZƏL

Ermənistanın Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayanın cinayət işi artıq hakim Armine Meliksetyan tərəfindən qəbul olunub. 

Olaylar.az xəbər verir ki, bu barədə "News.am" saytı məlumat yayıb və istinad kimi Datalex informasiya sisteminə əsaslanıb.

Bundan əvvəl Ermənistan Prokurorluğu arxiyepiskop Acapayana qarşı irəli sürülmüş ittiham aktını təsdiqləyərək işi məhkəməyə göndərmişdi.

İttihama görə, dini rütbəyə malik olan və geniş ictimai nüfuza sahib arxiyepiskop Mikael Acapayan 2024-cü il 3 fevral və 2025-ci il 21 iyun tarixlərində KİV-lərə verdiyi müsahibələrdə Ermənistan hökumətinin daxili və xarici siyasətinə qarşı narazılığını ifadə edərək, ictimaiyyətə açıq şəkildə hakimiyyəti zorla ələ keçirməyə çağırışlar edib. O, bu çağırışları KİV və rəqəmsal kommunikasiya vasitələri ilə yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31