Britaniyanın Kral Opera Evi İsraildə planlaşdırılan tamaşanı ləğv etdi

London "Covent Garden" Kral Opera Evi İsrailin Qəzza zolağındakı hərəkətlərinə etiraz olaraq 2026-cı ildə Tel-Əvivdəki İsrail Operasında Cakomo Puççininin "Toska" tamaşasını ləğv edib.

Olaylar.az xəbər verir ki, məlumatı "The Guardian" qəzeti London teatrının baş icraçı direktoru Aleks Beard-a istinadən yayıb.

Qeyd olunur ki, qərar 200-ə yaxın əməkdaşın Qəzzadakı münaqişə ilə bağlı teatr rəhbərliyinin mövqeyini tənqid edən müraciəti imzalamasından sonra verilib. Xüsusilə yaradıcı heyət İsrail Müdafiə Qüvvələrinə açıq dəstək verən İsrail Operasına "Turandot" operasının qoyuluşu üçün rekvizitlərin verilməsini qəbuledilməz addım hesab edib. Beard müraciətə cavab olaraq Tel-Əvivdə "Toska"nın oynanılmasının ləğv edildiyini açıqlayıb.

İyulun 19-da Covent Garden rəssamı Daniel Perri Cüzeppe Verdinin "İl Trovatore" operasından sonra səhnəyə Fələstin bayrağı qaldırıb. Bundan sonra bədii rəhbər Oliver Mers Perrinin daha Kral Teatrında işləməyəcəyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31