TƏCİLİ: Hava məkanı BAĞLANDI: Rusiya “Oreşnik”i İŞƏ SALIR

Rusiya Həştərxan vilayətində yerləşən Kapustin Yar hərbi poliqonu üzərində hava məkanını bağlayıb. Uçuşlara qadağa avqustun 4-dən 8-dək qüvvədə olacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın "Voennoye Obozreniye" nəşri NOTAM (Notice To Air Missions) bildirişinə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyi bu qərara rəsmi münasibət bildirməyib.

Bəzi Rusiya mənbələri ehtimal edir ki, yaxın günlərdə bölgədə "Oreşnik" raketinin sınaqları keçiriləcək. Eyni zamanda, S-400 və ya S-500 kimi yeni zenit-raket sistemlərinin də test edilməsi mümkündür.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya Xarici İşlər Nazirliyi orta və yaxın mənzilli raketlərin yerləşdirilməsinə dair moratoriumun ləğv olunduğunu açıqlayıb. Nazirlik bildirib ki, Rusiya bundan sonra bu kateqoriyadan olan raketlərin yerləşdirilməsi ilə bağlı əvvəlki məhdudiyyətləri qüvvədə hesab etmir. Bu qərar "oxşar silahların yerləşdirilməsinə dair birtərəfli moratoriumun saxlanması üçün şərtlərin artıq mövcud olmaması" ilə əsaslandırılıb.

Rusiya XİN-in açıqlamasından dərhal sonra Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev sosial şəbəkə "X" də bildirib ki, Rusiya ilə qarşıdurma xəttini seçənlər yeni reallıqla hesablaşmalı olacaqlar. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31