Tramp: Ukraynada atəşkəslə bağlı Rusiya ilə danışıqlar davam edir – ÖZƏL
7 Aprel 12:20 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynada atəşkəslə bağlı Rusiya ilə danışıqlar davam edir.
"Biz Rusiya ilə danışırıq. İstəyirik ki, onlar hücumları dayandırsınlar. Bu bombalı hücumlar xoşuma gəlmir - ardıcıl davam edir və hər həftə minlərlə gənc həyatını itirir," - deyə Tramp jurnalistlərə açıqlamasında deyib.
Tramp bir daha vurğulayıb ki, əgər o həmin dövrdə ABŞ prezidenti olsaydı, Rusiya-Ukrayna müharibəsi heç vaxt baş verməzdi.
"Bu dəhşətli vəziyyətdir və heç vaxt başlanmamalı idi. Mən prezident olsaydım, bu müharibə 100 faiz baş verməzdi," - deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31