Puşkov: Almaniya nüvə silahına sahib “Dördüncü Reyx”ə çevrilə bilər– ÖZƏL
7 Aprel 12:15 DünyaOlaylar.az xəbər verir ki, Rusiya senatoru Aleksey Puşkov bildirib ki, Almaniya yenidən silahlanaraq "Dördüncü Reyx"ə çevrilə və nüvə silahına sahib ola bilər. Onun sözlərinə görə, Avropada əsas silahlanma planı Almaniyanın remilitarizasiyası olacaq və bu prosesi gələcək kansler Fridrix Mers idarə edəcək.
Puşkov qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron Almaniyaya nüvə silahı təqdim edəcək. O, "Dərinləşən Avropa dəliyinin nəticəsi nüvə silahlı Dördüncü Reyx olacaqmı?" sualını gündəmə gətirib.
Fransız politoloq Emmanuel Todd da Almaniyanın silahlandırılmasına dair fikirlər səsləndirib. Xatırladaq ki, Makron daha əvvəl nüvə başlıqlı Rafale qırıcılarının Almaniya sərhədində yerləşdiriləcəyini açıqlamışdı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31