Tramp tarifləri uydurma ekspertin “analizi”nə əsaslanaraq tətbiq edib– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp genişmiqyaslı ticarət rüsumları tətbiq edərkən əslində mövcud olmayan bir iqtisadçı - Ron Vara adlı "ekspertin" analizlərinə əsaslanıb. Bu barədə MSNBC kanalının aparıcısı Reyçel Məddou məlumat verib.

Onun sözlərinə görə, Tramp öz fikirlərini dəstəkləmək üçün saxta müşavir "yaradıb". Məddou iddia edir ki, Ron Vara adı, əslində, Trampın müşaviri və iqtisadçı Piter Navarronun adındakı hərflərin dəyişdirilməsi ilə formalaşdırılıb.

Navarro "Çindən ölüm" adlı kitabın müəllifidir və Trampın kürəkəni Cared Kuşner onu həmin kitabla tanıyaraq prezidentin komandasına gətirib. Daha sonra Navarro, uydurma "Ron Vara" adı ilə müxtəlif analitik qeydlər yayaraq rüsumların əsas lobbiçilərindən birinə çevrilib.

Xatırladaq ki, Tramp ABŞ-a idxala qarşı qarşılıqlı rüsumlar tətbiq etdiyini açıqlayıb. Minimal baza tarif dərəcəsi 10% təşkil edir. Siyahıda Rusiya yoxdur.

Amerika Sahibkarlıq İnstitutunun mütəxəssisləri isə tarif hesablamalarında riyazi səhv aşkar ediblər. Bu səhv, tariflərin gerçəkdən dəfələrlə artıq müəyyən olunmasına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31