Dilənçinin üstündən 42 min pul çıxdı

Türkiyənin Eskişehir vilayətində vətəndaşlardan pul tələb edən 3 dilənçi saxlanılıb.

Olaylar.az xəbər verir ki, polis şöbəsinə aparılan dilənçilərin üzərindən axtarış zamanı külli miqdarda pul tapılıb.

Onların üstündən 42 min tl yəni 3300 manat pul vəsaiti tapılıb. Məlumata görə, bu pullar dilənçilərin bir günlük qazancıdır. Polis pulları müsadirə edərək dilənçilərə inzibatı tənbeh tətbiq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31