İngiltərəni siçanlar basdı - Pişikdən daha böyükdürlər

İngiltərənin Birmingem şəhərində zibil yığan işçilərin tətilə çıxması nəticəsində küçələrdə təxminən 17 min ton zibil toplanıb. 

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, bu vəziyyət siçovul problemini daha da kəskinləşdirib. Şəhərin bir çox yerində siçovulların yuva qurduğu və pişik ölçüsünü keçdiyi bildirilir.

Şəhər sakinləri yaranmış vəziyyətdən ciddi narahatdır. CNN International xəbər verir ki, zibil torbalarının hündürlüyü bəzi məhəllələrdə bir neçə metrə çatıb, və zərərvericilərlə mübarizə qruplarının iş yükü xeyli artıb. Mütəxəssis Will Teams bildirib ki, çağırışların çoxluğu səbəbindən bəzi sifarişləri rəqib şirkətlərə yönləndirməli olublar.

Siçovul problemi ilə bağlı müraciətlərin tətil başlayandan bu yana 50 faiz artdığı qeyd edilir.

Birmingem sakini, şəhərin vəziyyətini belə ifadə edib:

"Hər yerdə zibil var, hər yerdə siçovullar var. Onlar pişiklərdən də böyükdürlər. Bu Britaniyadır. Bu 2025-ci ildir. Nə baş verir?"

Qeyd edək ki, tətilin səbəbi şəhər rəhbərliyinin 400-ə yaxın zibil işçisinin struktur daxilindəki bəzi rollarını ləğv etməsi olub. İşçiləri təmsil edən "Unite" həmkarlar ittifaqı bu dəyişikliklərin maaş artımının qarşısını aldığını və bəzi əməkdaşların rütbələrinin aşağı salındığını bildirib.

Hazırda şəhər rəhbərliyindən və işçilərdən problemin həllinə yönəlik konkret addımlar gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31