Papuaşvili: Saakaşvili Gürcü xalqına qarşı silaha çevrilib– ÖZƏL
7 Aprel 11:27 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili AŞPA-nın sessiyasına münasibət bildirərək, Mixail Saakaşvilini müdafiə edən siyasi qrupların onu uzun müddətdir Gürcü xalqına qarşı siyasi silah kimi istifadə etdiyini deyib.
O xatırladıb ki, 2022-ci ildə AŞPA Saakaşvilini siyasi məhbus kimi tanıyaraq onun azad olunmasına çağırış edib və bu tarixdən sonra verilən qərarlar artıq təəccüb doğurmur.
Papuaşvli qeyd edib ki, 2025-ci ilin yanvarında Gürcü xalqının suverenliyini pozan qətnamədən sonra ölkənin AŞPA nümayəndə heyəti istefa verib və hazırda Gürcüstan Assambleyada təmsil olunmur.
O vurğulayıb ki, AŞPA-nın Gürcüstandan yeni seçkilər keçirməyi tələb etməsi ölkənin suverenliyinə açıq müdaxilədir və belə qərarlar təşkilatın dəyərlərinə ziddir.
Papuaşvli əlavə edib ki, Gürcüstan Avropa Şurasının əsas prinsiplərinə - xalq iradəsinə, qanunun aliliyinə və azlıqların hüquqlarına hörmət - sadiq qalır.