NATO baş katibi Mark Rutte: “Rusiya da Ukrayna ilə sülh üçün tango etməlidir” – ÖZƏL
7 Aprel 11:23 DünyaOlaylar.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte CBS telekanalına verdiyi müsahibədə bildirib ki, Ukrayna ilə münaqişənin həlli üçün Rusiya da "tango etməlidir", lakin hazırda bu yöndə addım atmadığı görünür.
"Top açıq şəkildə rusların tərəfindədir", - deyə Rutte vurğulayıb.
Onun fikrincə, ABŞ Prezidenti Donald Tramp və komandası münaqişəni dayandırmaq üçün səylər göstərir, lakin Rusiya olmadan bu məqsədə çatmaq çətindir. Rutte həmçinin əlavə edib ki, "cəbhə xətti yanlış istiqamətdə hərəkət edir və bu müharibə də yanlış istiqamətdə gedir".
Eyni "tango" ifadəsini mart ayının ortalarında Donald Tramp da istifadə etmişdi. Həmin vaxt amerikalı və ukraynalı nümayəndə heyətləri 30 günlük atəşkəs barədə ilkin razılıq əldə etmişdilər. Tramp bu təşəbbüsə Rusiya tərəfindən dəstək veriləcəyinə ümid etdiyini bildirib: "Ümid edirəm ki, Prezident Putin də razı olacaq və biz bu şounu başladacağıq".
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin təklifinə müsbət yanaşsa da, 1 aylıq atəşkəslə bağlı bəzi sualların açıq qaldığını qeyd edib. O bildirib ki, hələ də Kursk vilayətində ukraynalı hərbçilər var və atəşkəs zamanı onların statusunun necə olacağı bəlli deyil. Bundan başqa, o sual edib ki, Ukraynada səfərbərlik davam edəcəkmi və Qərb ölkələri silah tədarükünü dayandıracaqmı? Putin bu məsələləri Tramp ilə müzakirə etməyə hazır olduğunu da istisna etməyib.
Daha sonra Tramp bildirib ki, Rusiya atəşkəs məsələsində vaxt uzadır və onun təklifinin "psixoloji son tarixi" var. "Əgər hiss etsəm ki, onlar prosesi uzadır, bu, məni sevindirməz", - deyə o xəbərdarlıq edib.