XİN rəhbəri: Mali Ukraynanı Afrikada təhlükə mənbəyi sayır– ÖZƏL
7 Aprel 11:06 DünyaOlaylar.az xəbər verir ki, Mali xarici işlər naziri Abdulay Diop bəyan edib ki, Ukrayna Afrikada təhlükəsizlik üçün təhdid yaradır.
O bildirib ki, Mali Kiyevlə əlaqələri kəsib və Ukraynanı terrorçu dövlət hesab edir: "Ukrayna açıq şəkildə Səhil bölgəsində, xüsusilə də Malidə terrorçu qruplaşmaları dəstəklədiyini bəyan edib və bu da əsgərlərimizin və mülki vətəndaşlarımızın ölümünə səbəb olub", - deyə Diop vurğulayıb.
Nazir əlavə edib ki, Mali bu davranışı pisləyir və Ukraynanın məsuliyyət daşımalı olduğunu düşünür. Onun fikrincə, Kiyev Afrikada sabitliyi pozan, məsuliyyətsiz bir subyekt kimi dəyərləndirilməməsi üçün addımlar atmalıdır.
Xatırladaq ki, daha əvvəl də Diop oxşar açıqlamalarla çıxış etmişdi. Rusiya səfiri İqor Qromıko isə bildirmişdi ki, Ukrayna Afrikada "ikinci cəbhə" açmağa çalışır, çünki Rusiyaya qalib gəlmək şansı yoxdur.