Tramp TikTok-un alınması ilə bağlı razılaşmanın pozulmasına aydınlıq gətirib

ABŞ administrasiyasının bütün Çin məhsullarına əlavə rüsumlar tətbiq etməsindən sonra Çinin müqavilənin şərtlərini yenidən nəzərdən keçirməsi ilə əlaqədar ABŞ-də TikTok-un aktivlərinin alınması ilə bağlı razılaşma pozulub.

Olaylar.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.

"Razılaşmamız var idi, daha doğrusu, biz buna kifayət qədər yaxın idik, lakin sonra Çin tariflərə görə şərtləri dəyişdi, o, hansı şərtlərin dəyişdirildiyini açıqlamayıb. Tarifləri bir az da aşağı salsaydım, 15 dəqiqəyə bu razılaşmanı təsdiq edərdilər", - deyə o bildirib.

ABŞ prezidentinin sözlərinə görə, hazırkı vəziyyət "tariflərin gücünü göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31